Həftəsonu gəzməli hava olacaq

Həftəsonu gəzməli hava olacaq
  29 Yanvar 2015    Oxunub:1433
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, yanvarın 30-da Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, dəyişkən buludlu olacağı, arabir tutulacağı proqnozlaşdırılır.
Səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində hava əsasən yağmursuz keçəcək, lakin axşama doğru şimal və şərq rayonlarında yağıntılı olacaq. Səhər və axşam duman proqnozlaşdırılır, şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti