Həccdə ölən zəvvarların ailəsinə pul veriləcək

Həccdə ölən zəvvarların ailəsinə pul veriləcək
  06 Oktyabr 2015    Oxunub:1683
Builki Həcc ziyarəti zamanı vəfat edən azərbaycanlı zəvvarların ailələrinə kompensasiya ödəniləcək.
AzVision.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

QMİ-dən bildirilib ki, dünyasını dəyişən zəvvarların hər birinin ailəsinə 6 min manat məbləğində kompensasiya ödəniləcək: "Nəzərdə tutulan kompensasiya yaxın günlərdə mərhumların ailələrinə veriləcək".

Qeyd edək ki, builki Həcc ziyarəti zamanı azərbaycanlı zəvvarlar - 60 yaşlı Fəxrəddin Zeynalov, 57 yaşlı Kəklik Aslanova və 79 yaşlı Əzizağa Şirinov dünyasını dəyişib.


Teqlər:





Xəbər lenti