Həbsxanaya telefon keçirmək istədi

Həbsxanaya telefon keçirmək istədi
  25 Yanvar 2015    Oxunub:1967
Cəzaçəkmə müəssisəsinə telefon keçirilməsinin qarşısı alınıb.

AzVision.az Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidmətinə istinadən məlumatına görə, 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 263.1.3 maddəsinə əsasən 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilən məhkum Orxan İlqar oğlu Kazımovun yanına qısamüddətli görüşə gəlmiş qohumu Marqarita Ramizovna Rəhimovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı ayağında gizlətdiyi 1 ədəd “Nokia” və 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Nar” və 1 ədəd “Sim” danışıq kartı və 2 ədəd elektrik qidalandırıcısının ucluğu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:





Xəbər lenti