Həbsxanaya telefon keçirmək istədi

Həbsxanaya telefon keçirmək istədi
  25 Noyabr 2014    Oxunub:1193
Bakıda həbsxanaya telefon keçirilməsi cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2; 178.2.3: 178.2.4; 313 və 66.3 maddələrinə əsasən 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Əsgərağa Abış oğlu Sadatovun yanına qısamüddətli görüşə gəlmiş bacısı, Cəlilabad şəhər sakini Səyyarə Abış qızı Sadatovanın görüş otağında üzərinə və əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Azercell” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti