Həbsxanaya narkotik keçirmək istədi

Həbsxanaya narkotik keçirmək istədi
  20 Avqust 2014    Oxunub:1109
3 saylı İT-yə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3 maddələrinə əsasən həbs edilmiş şəxs Vahid Engilis oğlu Eminovun tanışı, Bakı şəhəri, Q.İlkin küçəsində fərdi evdə yaşayan vətəndaş Zaur Tapdıq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilən zaman göyəm mürəbbəsinin içərisində gizlədilmiş, xalis çəkisi 3,748 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti