Həbsxanalarımızın əcnəbi "ordusu"

Həbsxanalarımızın əcnəbi "ordusu"
  26 Noyabr 2014    Oxunub:1975
Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində 22 ölkədən 500 nəfərədək əcnəbi cəza çəkir.
AzVision.az xəbər verir ki, bu barədə Trend-in rəsmi sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Penitensiar xidmətindən bildiriblər.

Sorğuya cavab olaraq qeyd edilib ki, Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində Belarus, Böyük Britaniya, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İordaniya, İran, İsrail, Qazaxıstan, Litva, Nigeriya, Pakistan, Rusiya, Türkiyə, Ukrayna, Suriya, Kamboca, Slovakiya, Kamerun, Özbəkistan və Türkmənistan vətəndaşları cəza çəkirlər.

Penitensiar xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan xarici ölkə vətəndaşları arasında Rusiya, Özbəkistan, İran, Türkiyə və Gürcüstan vətəndaşları əksəriyyət təşkil edirlər. Onlar əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, oğurluğa və sərhəd pozuntusuna görə məhkum olunmuş şəxslərdir.

Qeyd edilir ki, cəzaçəkmə müəssisələrində cəza çəkən xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulmuş hüquqları tam təmin olunur. Təmsil olunduqları ölkələrin diplomatik nümayəndəliklərinə həmin şəxslərə baş çəkilməsi üçün müvafiq şərait yaradılır.


Teqlər:





Xəbər lenti