Həbsxanada doğuş – 4 məhbus ana olub

Həbsxanada doğuş – 4 məhbus ana olub
  18 Dekabr 2014    Oxunub:3014
“Qadınların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsində 4 məhbus qadın ana olub”.
Bunu AzVision.az-a açıqlamasında Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib. O, bildirib ki, həmin məhkum qadınlar körpələri ilə birlikdə cəzaçəkmə müəssisəsində qalırlar.

V. Məhərrəmov məhkum qadınların uşaqlarını necə dünyaya gətirmələri ilə bağlı da danışıb.

O, bildirib ki, əgər məhbus qadınlar ana olmağa hazırlaşırlarsa, onları mülki xəstəxanaya göndərirlər:

“Mülki xəstəxanada doğuş prossesi keçirilir. Bundan sonra isə həmin məhkum qadını Pentensiar Xidmətin Tibb Mərkəzinə göndərirlər. Bəzi məhkum qadınların isə uşaqları körpələr evindədir. Həmin uşaqlara valideynləri ilə qalmaq üçün vaxtaşırı imkan yaradılır. Əgər ananın razılığı varsa 3 yaşına kimi uşaq həmin cəzaçəkmə müəssisəsində qala bilər”.

Qrup rəhbəri qeyd edib ki, məhkum qadınlar üçün olan cəzaçəkmə müəsisəsində ginekoloq həkim də fəaliyyət göstərir. Həmin həkim məhkumlara ginekoloji xidmət göstərir.

V.Məhərrəmov həmçinin qeyd edib ki, hazırda bir neçə qadın məhkum isə ana olmağa hazırlaşır. Onun sözlərinə görə, məhkum qadınların uşaq sahibi olmaları üçün cəzaçəkmə müəssələrində lazımı şərait yaradılıb:

“Həmin qadınların istintaq zamanı ana olmaq imkanları olur. Bundan əlavə olaraq cəzaçəkmə müəssisəsində 3 günlük görüş müddəti var. Həmin 3 gün ərazində ailələr məhkumlarla bir yerdə qala bilərlər. Məsələn, qadın həbsdədirsə, onun yoldaşı gəlib orada qala bilər. Ayrılmış həmin yerdə ailə adi qaydada yaşaya bilirlər. Orada məhkumların yalnız azadlıq hüquqları məhdudlaşdırılır. Görüş vaxtı onlara uşaq artımının qarşısının alınması ilə bağlı heç bir məhdudiyyət qoyulmur”.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti