Həbsdə olan bankirin səhhətində problem var

Həbsdə olan bankirin səhhətində problem var
  30 May 2015    Oxunub:1961
Vəkil Kamandar Nəsibov Azərbaycan Beynəlxalq Bankın Dubay filialının həbsdə olan müdiri Adil Hüseynovla görüşüb.
Bu barədə APA-ya məlumat verən K. Nəsibov bildirib ki, A. Hüseynovun səhhətində bəzi problemlər var: “Hazırda cinayət işi üzrə istintaq gedir, hər hansı yenilik yoxdur. Səhhətində problemlər var” .

Qeyd edək ki, A. Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.


Teqlər:





Xəbər lenti