Həbsdə olan Rəşad Məmmədovdan xəbər var

Həbsdə olan Rəşad Məmmədovdan xəbər var
  29 May 2015    Oxunub:2000
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədovla görüşəcək.
Bu barədə AzVision.az-a hüquq müdafiəçisinin özü məlumat verib.

“Görüş zamanı onun hansı əməlləri törətdiyini öyrənməyə çalışacağam. Ondan saxlanma şəraitini ilə bağlı da fikirlərini öyrənəcəyəm”.

Qeyd edək ki, R. Məmmədov prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncamla vəzifəsindən azad olunub. Daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti