Havadan xəbəriniz olsun

Havadan xəbəriniz olsun
  30 May 2015    Oxunub:1985
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 30-da hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 30-da Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yüksək olsa da, mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişlidir. Mayın 31-də gündüz cənub-şərq küləyinin üstünlüyü fonunda rütubətliliyin bir qədər artması bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti