Hava yenidən pisləşəcək - XƏBƏRDARLIQ
Havanın temperaturu Abşeron yarımadasında gecə 10-14, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 20-22 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək,gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15, gündüz 22-27, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.
Mayın 7-dən 9-dək bəzi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək.
AzVision.az
Teqlər: