Hava yenə dumanlı olacaq

Hava yenə dumanlı olacaq
  25 Noyabr 2015    Oxunub:1408
Sabah Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az - a bildirilib ki, noyabrın 26-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10, gündüz 14-18, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, gündüz 11-16 dərəcə isti olacaq.


Teqlər:  





Xəbər lenti