Hava kəskin dəyişib, leysan olub - Nazirlik

Hava kəskin dəyişib, leysan olub - Nazirlik
  17 Sentyabr 2014    Oxunub:1418
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 16-sı axşamdan 17-si səhərədək ölkə ərazisində müşahidə olunmuş faktiki hava haqqında məlumat yayıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub. Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.

Qeyd edək ki, şimal və qərb rayonlarında bir gecə ərzində yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib.

Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.

AzVision.az


Teqlər:  





Xəbər lenti