Hansı tələbələr təqaüd alacaq? – nazirdən açıqlama

Hansı tələbələr təqaüd alacaq? – nazirdən açıqlama
  02 Avqust 2015    Oxunub:16127
Ali məktəblərin ödənişsiz fakültələrində təhsil alanlarla yanaşı, təhsil haqqı ödəyən tələbələr də təqaüd almalıdır.
AzVision.az-ın məlumatına görə, bu barədə ANS TV-yə müsahibəsində Təhsil naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, mövcud sistem ali təhsil üçün rəqabət mühitinə şərait yaratmır. Ona görə də nazirlik artıq tələbə təqaüdləri ilə bağlı islahatlara başlayıb.

Nazir qeyd edib ki, tələbənin akademik göstəricilərindən asılı olaraq ona “tələbə təqaüdü” ödənilməlidir. Burada məqsəd tələbələr arasında rəqabət mühiti yaratmaq və onların akademik naliyyətlərinin artırılmasına xidmət edir.

AzVision.az


Teqlər:  





Xəbər lenti