Hansı sürücülər cəzalandırılacaq? -Nazirlik açıqladı

Hansı sürücülər cəzalandırılacaq? -Nazirlik açıqladı
  29 May 2015    Oxunub:2325
I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bu gündən etibarən Bakı şəhəri ərazisində parklanma qaydalarını pozan sürücülər sərt şəkildə cərimələnəcək.
Bunu bu gün Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində (NİİM) keçirilən tədbirdə Mərkəzin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bildirib: `Bu cür sürücülərə qarşı heç bir güzəşt edilməyəcək. Bu gündən qeyri-qanuni parklanma edənlər ciddi cəzalanacaqlar. Artıq bu işə başlanılıb`.

O bildirib ki, oyunlarla bağlı ərazidən asılı olaraq bəzi avtobusların hərəkət marşrutu dəyişdiriləcək, onlara alternativ yollar təklif ediləcək. Bütün bunlar barədə ictimaiyyətə operativ və ətraflı məlumat veriləcək.

O qeyd edib ki, bu məlumatları NİİM-in Facebook və Twitter səhifələrindən, internet saytlarından, dayanacaqlardakı və yollardakı məlumat-informasiya tablolarından əldə edə bilərlər. Mobil telefonu olanlar “Baku İTS” proqramını yükləməklə onlayn qaydada xəbərdar ola bilərlər. Məlumatları göstərilən yollarla əldə edə bilməyənlər isə yaradılmış 141 "qaynar xətt" telefonuna zəng etməklə hara necə getməli lazım olduğunu, alternativ yollar və s. barədə 24 saat ərzində ətraflı məlumat əldə edə bilərlər.

Bundan başqa Ş.Mehmanqızı deyib ki, Bakıda baş tutacaq I Avropa Oyunları zamanı nəqliyyatın hərəkətini izləmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) şəhərin səkkiz hissəsində yeni məlumat-izləmə lövhələri və kameralar quraşdırıb.

Onun sözlərinə görə, şəhər sakinləri, piyadalar, qonaqlar bu lövhələr vasitəsilə şəhərdə nəqliyyatın hərəkətini görə biləcəklər. O, əlavə edib ki, fərdi avtomobillərin maneəsiz hərəkəti üçün kateqoriyalara uyğun olaraq xüsusi buraxılış vəsiqələrindən istifadə olunacaq. Həmin buraxılış vəsiqələri kodlaşdırılıb və onların köçürülməsi mümkün deyil. Bir vəsiqə ilə bir neçə avtomobil qeydiyyatdan keçə bilər.

AzVision.az


Teqlər:  





Xəbər lenti