Hafiz Hacıyev Jirinovski ilə `razborkaya` hazırlaşır

Hafiz Hacıyev Jirinovski ilə `razborkaya` hazırlaşır
  15 Sentyabr 2014    Oxunub:1741
“Jirinovski Azərbaycana hansı səviyyədə gələcəksə, o səviyyədə də qarşılanacaq”.
Bu fikirləri AzVision.az-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Rusiya Dövlət Duması deputatının Azərbaycana gələcəyi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib.

H.Hacıyev vurğulayıb ki, Jirinovski ilə üzbəüz görüşmək üçün Rusiya səfirliyi ilə əlaqə yaradıb:

“Müşavirimi Moskvadan geri çağırmışam ki, gəlsin söhbətlər aparaq. Çalışacağıq ki, səfirlə əlaqəyə girək , Jirinovski ilə üzbəüz görüşək. Və ona bir daha Azərbaycandakı müsbət irəliləyişi, iqtisadi inkişafı Azərbaycanda bütün xalqlara bərabərhüquqlu baxılmasını başa salaq və getsin. Rusiyada Azərbaycanın xeyrinə danışanlardan biri də artsın”.

Partiya sədrinin sözlərinə görə, qalmaqalla gündəmə gələn Jirinovskinin günahı yoxdur:

“Günahı onu mənfi emosiyalara yükləyən radikal qüvvələrdə- Qəmbərov İsa, Kərimov Əli də görürəm. Onlar hər dəqiqə çalışırlar ki, Azərbaycanı ermənilərə, Jirinovski kimi emosional insanlara satsınlar. Amma Jirinovskinin köməkçisi ilə dəfələrlə əlaqələr saxladıq, iş əlaqələri yaratdıq, başa saldıq ki, elə deyil, belədir. Gəlir-gəlsin qonaqdır, Azərbaycan xalqı qonaqpərvərdir. Hansı səviyyədə gələcəksə, o səviyədə qarşılanacaq. Ona nə lazımdırsa, bir daha başa salınacaq”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti