Habil Əliyev danışa bilmir

Habil Əliyev danışa bilmir
  31 Avqust 2015    Oxunub:2305
Ürək və ağciyər xəstəliyindən əziyyət çəkən məşhur kaman ustası Habil Əliyevin vəziyyəti orta-ağırdır.
Bu barədə AzVision.az-a Xalq artistinin həyat yoldaşı Şərqiyyə Əliyeva deyib.

Sənətkarın xanımı bildirib ki, Habil Əliyev özünü yaxşı hiss etmir, hətta danışmağa belə çətinlik çəkir.

“Habilin səhhəti yaxşı deyil. Demək olar ki, heç nə yemir. Günlərdir normal qidalanmayıb. Danışmağına gəlincə, bir kəlmə sözü güclə başa sala bilir. Vəziyyəti heç yaxşılaşmır. Hamımız vəziyyətinin yaxşılaşacağına ümid edirik. Qızı, oğlu, gəlini bütün günü yanında olur. Arada sənət yoldaşları gəlib baş çəkir. Görək də. Ümidimiz Allaha qalıb”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti