Gürcüstanla Aİ arasında assosiasiya sazişi təsdiqləndi

Gürcüstanla Aİ arasında assosiasiya sazişi təsdiqləndi
  18 Dekabr 2014    Oxunub:1865
Gürcüstan və Avropa İttifaqı (Aİ) arasında assosiasiya sazişi ratifikasiya edilib.
Bu barədə AzVision.az “Qruzia Online” istinadən xəbər verir.

Məlumata əsasən Gürcüstanla arasında assosiasiya sazişinin lehinə 490 avroparlamentari, əleyhinə isə 76 deputat səs verib. 57 deputat isə məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Ümumilikdə səsvermədə 623 deputat iştirak edib.

Avropa Parlamenti Gürcüstan və Avropa İttifaqı assosiasiya haqqında sazişi bir müddət əvvəl təsdiqləmişdi. Tədbirdə Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Gürcüstan XİN rəhbəri Tamar Beruçaşvili, Gürcüstan parlamentinin xarici əlaqələr üzrə komitəsinin sədri Tedo Çaparidze, Gürcüstanın Aİ-dəki Natalya Sabanadze, həmçinin sabiq Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili iştirak edib.

Qeyd edək ki, Gürcüstan və Aİ arasında assosiasiya sazişi bu ilin iyun ayının 27-də imzalanıb.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti