Gürcüstanın baş naziri Ermənistanda

Gürcüstanın baş naziri Ermənistanda
  21 Avqust 2014    Oxunub:1740
Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistanda səfərdədir.
AzVision.az-ın erməni KİV-nə istinadən verdiyi məlumata görə, “Zvartnots” hava limanında baş naziri erməni həmkarı Ovik Abramyan qarşılayıb.

Baş nazirin başçılıq etdiyi Gürcüstan nümayəndə heyyətinə xarici işlər naziri Mayya Pançikidze və enerji və təbii sərvətlər naziri Kaxa Kaladze də daxildir. Səfər çərçivəsində Gürcüstan baş nazirinin Ermənistan prezidenti Serj Sarkisyan, parlament spikeri Qalust Saakyan, baş nazir Ovik Abramyan və digər yüksəkrütbəli şəxslərlə görüşəcəyi planlaşdırılır.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti