Gürcüstanın 2 şəhəri su altında qaldı

Gürcüstanın 2 şəhəri su altında qaldı
  22 Sentyabr 2014    Oxunub:2313
Uzun sürən yağışlar nəticəsində Gürcüstanın Qərbində Batumi və Poti şəhərlərini su basıb.

Batumidə avtomobil stansiyasının ərazisini və bəzi küçələri su altında qalıb. Yağan yağışlar tıxac yaratmayıblar, lakin minik avtomobillərinin hərəkəti su basmış küçələrdə çətinləşib.

Dənizdə isə beş ballı fırtına qeydə alınıb.

Potidə isə su bir neçə yaşayış evlərinin həyətləri daxil olub və birinci mərtəbələri basıb.

Yerli hökumət zərərçəkənlərə yardım edir və ziyanı hesablayır.(trend)


Teqlər:





Xəbər lenti