Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı təklif

Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı təklif
  06 May 2016    Oxunub:1496
Milli Məclisin plenar iclası davam edir.
AzVision.az xəbər verir ki, millət vəkili Əflatun Amaşov sərhəd keçid məntəqələrində Miqrasiya Xidmətinin strukturunun fəaliyyət göstərilməsi ilə bağlı çıxış edib.

Millət vəkili bildirib ki, bu, ölkəyə gələn əcnəbilərlə yanaşı, başqa ölkənin vətəndaşı olan azərbaycanlıların da işini yüngülləşdirəcək.

“Gürcüstanda rəsmi 230 minə yaxın, qeyri-rəsmi 350 min azərbaycanlı yaşayır. Minlərlə ailə var ki, tərəflərdən biri Gürcüstan vətəndaşıdır və 3 aydan bir sərhədi keçməlidir. Qanunvericiliyə əsasən ölkəyə gələn əcnəbilər 10 gün müddətində qeydiyyata düşməlidir. Onlarsa ya düşür, ya da düşmür, müəyyən probelemlərlə əlaqədar qalırlar. Nəticədə onlar cərimə ilə üzləşir və ya ölkəyə gəlməsinə məhduyiyyət aparılır. Təklif edirəm ki sərhəddə Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin. Gürcüstandan təkcə azərbaycanlılar deyil, başqa millətlər də keçir. Sərhəddə qeydiyyata düşmək üçün bu dəyişiklikdən əlverişli istifadə edə bilər”.

Ə.Amaşov daha sonra Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiy dərman problemindən söz açıb.

“Gürcüstanda qadağan olunan dərmanların Azərbaycanda istifadəsinə icazə verilir. Nəticədə burada həmin dərmanı reseptsiz alıb, Gürcüstana aparanda insanlar çətinliklərlə üzləşir və ya cərimələr ödəməli olurlar. Təklif edirəm ki, bu da hansısa qayda tənzimlənsin”.

Spiker Oqtay Əsədov bildirib ki, sərhəddə Miqrasiya Xidmətinin strukturunun yaradılması məsələsinə baxıla bilər.
“Lakin ikinci məsələ Gürcüstanın daxili məsələdir”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti