Gürcüstan marixuanadan istifadəyə icazə verir

Gürcüstan marixuanadan istifadəyə icazə verir
  30 May 2015    Oxunub:2214
Gürcüstan parlamenti bu yaxınlarda marixuanadan istifadəyə icazə verilməsi (bu narkotik maddədən istifadənin leqallaşdırılması) məsələsini nəzərdən keçirməyə başlayacaq.

Virtualaz.org saytı gürcü KİV-lərinə istinadən xəbər verir ki, müvafiq qanun layihəsi mayın 28-də parlamentdə qeydiyyatdan keçib.

Marixuanadan istifadəyə icazə verilməsi təşəbbüsü ilə parlamentin azlıqda olan fraksiyasının deputatı Qoqa Xaçidze çıxış edib. Deputat hesab edir ki, həkim təyinatı olmadan marixuana və xaşxaşın hazırlanması, əldə edilməsi, istifadə olunması və saxlanması bundan sonra cinayət əməli sayılmamalı və buna görə cəza verilməməlidir.

Bununla yanaşı deputat Xaçidze narkotiklərdən istifadəyə görə inzibati cərimənin məbləğini 500 laridən (218 dollar) 100 lariyə (43,6 dollar) endirməyi təklif edib.

Qeyd edək ki, marixuana Gürcüstanın əksər ərazilərində bitir. Ta 2006-cı ilə qədər marixuanadan Gürcüstanın əksər kəndlərində və paytaxt Tiflisin ayrı-ayrı məhəllələrində demək olar ki, açıq şəkildə istifadə olunurdu. 2006-cı ildə isə o zamankı prezident Mixail Saakaşvili narkotikdən istifadə hallarına qarşı sərt mübarizəyə başladı. Bundan sonra narkotikdən istifadə edənlər cinayət təqibi ilə üzləşdi.

Onu da bildirək ki, Gürcüstan parlamenti az əvvəl qanuna əlavə və düzəlişləri birinci oxunuşda qəbul edib. Həmin düzəlişlərə görə, narkotiklərlə bağlı cinayətlərə görə cəza yüngülləşdirilməlidir.


Teqlər:





Xəbər lenti