Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etdi

Gürcüstan Rusiyaya qarşı sanksiyalar tətbiq etdi
  30 İyul 2015    Oxunub:2831
Gürcüstan Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı təbiq etdiyi sanksiyalara qoşulub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının `Krım və Sevastopol ətrafında yaranan vəziyyətlə əlaqədar məhdudlaşdırıcı tədbirlərə qoşulmaq` haqqında bəyanatında bildirilir.

Qeyd edək ki, iyulun 29-u Aİ-nin Rusiyaya qarşım sanksiyalarına daha 6 ölkə - Montenoqro, Albaniya, İslandiya, Lixtenşteyn, Norveç və Ukraynanın qoşulduğu məlum olub.

`Namizəd ölkələr – Montenoqro və Albaniya, həmçinin Avropa Azat Ticarət Assosiasiyasının üzvləri – İslandiya, Lixtenşteyn və Norveç, Avropa iqtisadi zonasının üzvləri, o cümlədən Ukrayna və Gürcüstan da bu bəyanata qoşulur`, - deyə yayılan məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti