Gürcüstan Azərbaycandan cavab gözləyir

Gürcüstan Azərbaycandan cavab gözləyir
  06 Fevral 2016    Oxunub:3255
“2011-ci ildən bəri Cənubi Qafqaz Boru Kəməri Konsorsiumuna Gürcüstana əlavə qaz verilməsi haqda dəfələrlə müraciət etmişik”.

AzVision.az xəbər verir ki, bunu Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. Onun sözlərinə görə, danışıqlar aparmaq barədə təkliflərə yazılı şəkildə rədd cavabı alıblar:

“Danışıqlar müsbət nəticə versə, qazın Rusiyadan alınmasına lüzum qalmayacaq. Çünki, bu gün danışıqlar Rusiyadan alınacaq 300-400 milyon kubmetr qazın həcmi ətrafında gedir. Bizim öz mövqeyimiz var. Düşünürəm ki, sonda müəyyən bir razılığa gəlinəcək”.

Nazir əlavə edib ki, rəsmi Tiflis Qazax boru kəməri ilə SOCAR-dan, 2,9 milyon kubmetri “Şah-Dəniz” yatağında qalan 1,2-2 milyon kubmetr isə Rusyanın Ermənistana Gürcüstan ərazisindən ötürdüyü qaz üçün tranzit haqqı kimi alır.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti