Gürcülər Avropaya vizasız gedəcək

Gürcülər Avropaya vizasız gedəcək
  22 İyul 2014    Oxunub:772
Gürcüstan və Avropa İttifaqı (Aİ) 2016-cı ildə vizasız rejimə keçəcək.
AzVision.az-ın məlumatına görə, bu barədə Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə naziri Aleksi Petriaşvili “Lenta.ru” ya müsahibəsində bildirib.

“Hazırda vizanın ləğv edilməsi üzrə iki mərhələli planın ilk məhələsini yekunlaşdırırq və ümid edirik ki, payızda artıq ikinci mərhələyə başlayacayıq. Daha bir il sonra isə Aİ-lə vizasız rejimə keçməyi planlaşdırırq” – deyə, Petriaşvili bildirib.

Qeyd edək ki, Gürcüstan və Aİ arasında assosiasiyası haqqında razılaşma 27 iyunda Brüsseldə imzalanıb, lakin Moldovadan fərqli olaraq Brüssel Tbilisi ilə vizasız rejimin tətbiq olunmasını təxirə salıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti