Günün kriminal xronikası

Günün kriminal xronikası
  23 Sentyabr 2014    Oxunub:1111
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 52 cinayət faktı qeydə alınıb, onların da 21-i “isti izlər”lə açılıb.

DİN-dən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 11 nəfər ölüb, 37 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 15 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti