Gümrüdəki rus bazasına yeni komandir təyin edildi

Gümrüdəki rus bazasına yeni komandir təyin edildi
  30 Mart 2015    Oxunub:3687
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasına yeni komandir təyin edilib və o, bu gündən etibarən öz səlahiyyətlərinin icrasına başlayır.
AzVision.az-ın “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Oleq Lebedev bildirib.

“Sabahdan etibarən yeni komandir səlahiyyətlərinin icrasına başlayır”, – deyə Lebedev ötən gün Gümrüdə rus deputatlarla Ermənistanın Şirak vilayətinin rəhbərliyi arasında keçirilən çıxış zamanı deyib.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 7 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti