Gülhanə Hərbi Tibb Akademiyasının adı dəyişdirilib

Gülhanə Hərbi Tibb Akademiyasının adı dəyişdirilib
  27 Avqust 2016    Oxunub:1927
Türkiyənin məşhur hərbi hospitalı - Gülhanə Hərbi Tibb Akademiyasının (GATA) adı dəyişdirilib.
“Hürriyet” qəzeti yazır ki, Türkiyədəki hərbi xəstəxanaların Baş Qərargahın tabeliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə bağlı rəsmi qərardan sonra Gülhanə Hərbi Tibb Akademiyasının adında dəyişiklik edilib.

Hospital Gülhanə Tədris və Araşdırma Xəstəxanası adlandırılıb. Dünən gecə xəstəxananın adı yazılan lövhə də dəyişdirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti