Güləşçilərimiz 20 medal qazanıb

Güləşçilərimiz 20 medal qazanıb
  17 Aprel 2015    Oxunub:3514
Azərbaycan komandası AGF Kubokunun ilk günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb.
Azərbaycan Güləş Federasiyasından (AGF) AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başlayıb. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edir.

İlk yarış günündə yeniyetmələr arasında yunan-Roma güləşi üzrə 92 pəhləvan mübarizə aparıb. Azərbaycan güləşçiləri ilk yarış günündə 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıb. Komanda hesabında yığmamız birinci olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.

AzVision.az


Teqlər:





Xəbər lenti