Gülən həbs ediləcək? - 2 günə qərar veriləcək

Gülən həbs ediləcək? - 2 günə qərar veriləcək
  28 Sentyabr 2016    Oxunub:2098
Türkiyə və ABŞ arasında cinayətkarların təhvil verilməsi barədə razılaşmanın 9-cu maddəsinə görə ABŞ Fətullah Güləni həbs etmək məcburiyyətindədir.
AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ NTV telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Gülənin həbsindən sonra Türkiyədən əlavə dəlillər istənilə bilər:

“ABŞ vitse-prezidenti Co Baydenlə keçirdiyimiz ikitərəfli görüşdə o, Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı ABŞ-a konkret dəlillər təqdim olunmağa başladığını bildirdi. Həmin dəlillərlə bağlı qərarlarını 1-2 gün ərzində açıqlayacaqlar”.

AzVision.az


Teqlər:  





Xəbər lenti