Gülən Ərdoğanı Leninlə müqayisə etdi

Gülən Ərdoğanı Leninlə müqayisə etdi
  22 Dekabr 2014    Oxunub:1604
ABŞ-ın Pensilvaniya ştatında yaşayan türk dini lider Fətullah Gülən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı SSRİ-nin qurucusu Vladimir İliç Leninlə müqayisə edib.
AzVision.az xəbər verir ki, Gülən Ərdoğanın onunla bağlı səsləndirdiyi təhqiramiz ifadələri tənqid edərkən, hətta Leninin belə ifadələrə yol vermədiyini deyib:

“Allahım, bizə demədikləri söz qalmadı. Necə də səbrlisən, Allahım! Bir ildir ki, ən azı 400 təhqir var. İnanın ki, Allahı inkar edən Lenin də öldürdüyü adamlara bu qədər təhqir yağdırmayıb. Hitler o qədər qəddar olmağına baxmayaraq, 400 təhqir işlətməyib. Bunlara ancaq təhqir müctəhidi demək olar. Beyinləri ancaq bunun üçün çalışdığına görə, təkcə söyüş və təhqir yağdırırlar”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti