Güclü leysan Tovuza ciddi ziyan vurub

Güclü leysan Tovuza ciddi ziyan vurub
  24 May 2016    Oxunub:2155
Ötən gecə yağan güclü yağış və dolu Tovuza ciddi ziyan vurub.
Rayonun Alakol kəndinin bələdiyyə sədri Elman Saadov AzVision.az-a bildirib ki, güclü leysandan sonra fərdi təsərrüfat sahələrinə xeyli ziyan dəyib.

“Güclü leysan və dolu Tovuzun Köhnəqala, Yanıqlı kəndlərində insanların fərdi təsəürrüfatlarına, əkin sahələrinə ziyan vurub, bəzi evlərin dam örtükləri sıradan çıxıb. Elektrk naqillərində də problemlər yaranıb. Hazırda fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən iş aparılır”.

Tovuz rayon İcra Hakimiyyətindən verilən məlumata görə, təbii fəlakət nəticəsində 500 hektardan çox kartof sahəsinə ziyan dəyib, meyva bağları yararsız vəziyyətə düşüb.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti