Güclü külək qəbir daşlarını aşırdı

Güclü külək qəbir daşlarını aşırdı
  29 Avqust 2016    Oxunub:1537
Tovuzda əsən güclü külək bir neçə qəbir daşını aşırıb.
AzVision.az Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Ağdam kəndində yerləşən qəbiristanlıqda baş verib.

Yerli sakinlərin sözlərinə görə, güclü külək gecə saatlarında əsməyə başlayıb.

Səhər saatlarında məzarlığa gələnlər 10-a yaxın başdaşının aşdığını görüblər.

Qəbiristanlıqda əsasən Yuxarı Öysüzlu və Ağdam kənd sakinləri dəfn edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti