Güclü külək olacaq

Güclü külək olacaq
  20 Aprel 2015    Oxunub:1627
Sabah Azərbaycanda hava küləkli olacaq, küləyin surəti bəzi yerlərdə güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında aprelin 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub küləyi əsəcək. arabir güclənəcək. Axam şimal–qərb küləyi əsəcək

Havanın temperaturu gecə 7-9, gündüz 14-18 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gğzlənilir. Bəzi şimal və qərb rayonlarında şimşək caxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacağı gözlənilir.


Teqlər:  





Xəbər lenti