Gözdən əlillər də səs verir - Foto

Gözdən əlillər də səs verir - Foto
  26 Sentyabr 2016    Oxunub:1705
Sentyabrın 26-da saat 8-də Sumqayıtın bütün seçki məntəqələri ümumxalq səsverməsində (referendumda) iştirak edən vətəndaşlar üçün öz qapılarını açıb. Artıq şəhər tezdən məntəqələrdə seçicilərin böyük fəallıq göstərdiyi nəzərə çarpır.
Referendumun başlanmasına bir neçə saat qalmış şəhərin telekommunikasiya şəbəkəsinin əməkdaşları seçki məntəqələrinin sədrləri ilə birlikdə məntəqələrə baş çəkib, seçkilərin gedişini müşahidə etmək üçün quraşdırılmış 37 veb-kameranı bir daha yoxlayaraq müvafiq texniki avadanlığı tənzimləyib, onların sabit işləməsinin təmin edilməsi üçün zəruri tədbirlər görüblər.



Şəhərin bütün məntəqələrində tibb, ana və uşaq otaqları fəaliyyət qöztərir. Həmçinin əlillərin referendum prosesində iştirak etmələri üçün müvafiq məntəqələrdə panduslar quraşdırılıb, habelə gözdən əlil olan şəxslər üçün isə Brayl əlifbası ilə xüsusi bülletenlər hazırlanıb. Qeyd edək ki, ümumən Sumqayıt, o cümlədən şəhərin Corat və Zeynabdin qəsəbələrinin də əhatə etdiyi ərazi üzrə 165 min 820 seçiçi qeydə alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti