Göytəpə sakini bıçaqlanıb

Göytəpə sakini bıçaqlanıb
  31 Yanvar 2015    Oxunub:1819
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə ötən gecə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.

Qızının ad gününə hazırlaşan Göytəpə şəhər sakini, 38 yaşlı Mirqoşqar Mürsəlov həyat yoldaşı ilə mağazadan bazarlıq edib evə qayıdarkən bir neçə şəxs tərəfindən döyülərək bıçaqlanıb. Yaxınlarının köməyi ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılan M. Mürsəlova ilk tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən bildiriblər ki, faktla bağlı hələlik heç kim saxlanmasa da, M. Mürsəlova xəsarət yetirmiş şəxslərin kimliyi artıq məlumdur.

Onların istintaqa cəlb olunması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri görülür.

(APA)


Teqlər:





Xəbər lenti