Göygöldə güclü yanğın

Göygöldə güclü yanğın
  01 Aprel 2015    Oxunub:1445
Göygöldə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az FHN-ə istinadən xəbər verir ki, Göygöl rayonu, Xaqani kəndində vətəndaşa məxsus ümumi sahəsi 128 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və damına yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 400 ədəd cücə tüstüdən boğularaq tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti