Göyçayda yol qəzası, 2 nəfər xilas edilib

Göyçayda yol qəzası, 2 nəfər xilas edilib
  24 Yanvar 2017    Oxunub:1267
Göyçay rayonunda yol qəzası qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:37-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti