Goranboydakı qətllə bağlı rəsmi məlumat

Goranboydakı qətllə bağlı rəsmi məlumat
  01 Oktyabr 2014    Oxunub:1653
Daxili İşlər Nazirliyi (DİN) Goranboyda törədilən kütləvi qətllə bağlı rəsmi məlumat yayıb.
AzVision.azın DİN-in saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 1-də saat 05 radələrində Goranboy rayonunun Səfikürd kəndində rayon sakini Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib.

R.Hüseynov könüllü olaraq Goranboy Rayon Polis Şöbəsinə gəlib və hadisəni törədərkən istifadə etdiyi ov tüfəngini təhvil verib.

AzVision.az


Teqlər:





Xəbər lenti