Gömrükdən növbəti siqaret əməliyyatı

Gömrükdən növbəti siqaret əməliyyatı
  29 Aprel 2016    Oxunub:1721
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları dörd fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdlərin qarşısını alıblar.
AzVision.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, ayrı-ayrı vaxtlarda Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” və “Xanoba” gömrük postlarının nəzarət zonalarına daxil olan nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş cəmi 30840 ədəd “NZ Gold Compact” və “Belomorkanal” markalı siqaretlər aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti