Gömrükdə telefon əməliyyatı

Gömrükdə telefon əməliyyatı
  27 Avqust 2016    Oxunub:2262
Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.
Gömrük Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, idarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 15 ədəd “Samsunq” markalı mobil telefon və mobil telefonlara aid xeyli miqdarda aksessuar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti