Gömrükdə siqaret əməliyyatı

Gömrükdə siqaret əməliyyatı
  26 İyun 2016    Oxunub:1627
Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.
AzVision.az-ın məlumatına görə, Qazax rayon sakinlərinə məxsus 2 avtomobilə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində aksiz markası olmayan, ümumilikdə 10 400 ədəd siqaret aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti