Gömrükdə silah tutuldu

Gömrükdə silah tutuldu
  25 Avqust 2016    Oxunub:1591
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, “Samur” gömrük postunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, baxış zamanı, həmin nəqliyyat vasitəsində, gömrük nəzarətindən gizlədilmiş şəkildə 53 400 ədəd “NZ” markalı siqaret aşkar edilib.

İdarənin “Xanoba” gömrük postunda isə Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və həmin vətəndaşa məxsus çantadan 1 ədəd pnevmatik tapança və 1 ədəd siqnal tapançası aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti