Gömrük Komitəsinin Akademiyasında 40 nəfər təhsil alacaq

Gömrük Komitəsinin Akademiyasında 40 nəfər təhsil alacaq
  15 Sentyabr 2014    Oxunub:9931
Sentyabrın 15-də Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev çıxış edərək akademiyaya qəbul olunan tələbələri təbrik etdi, onların valideynlərinə gözaydınlığı verdi. S. Mehdiyev akademiyada təcrübəli pedaqoji kollektivin formalaşdığını, müasir tələblərə uyğun tədris proqramının yaradıldığını, auditoriyalarda müasir İKT sistemi qurulduğunu diqqətə çatdırdı, gələcəkdə nəzərdə tutulan tədbirlərdən danışdı.

Akademiyanın müəllimi Çingiz İsmayılov, valideyn Şəlalə Məhərrəmova, qəbul imtahanında yüksək bal toplayan tələbə Neman Həsənzadə Azərbaycan dövləti tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan söz açdılar, yeni təhsil ocağının yaradılmasında xidməti olan hər kəsə minnətdarlıq etdilər.

Tədbirdə akademiyanın məram və prinsipləri, tətbiqi nəzərdə tutulan tədris üsulları, gömrük işinin təşkilində yüksək ixtisaslı kadrlara olan tələbat haqqında məlumat verildi. Bildirildi ki, akademiyaya bu il qəbul olan 40 tələbə iqtisadiyyat və hüquqşünaslıq ixtisaslarına yiyələnəcək. Gələcəkdə ixtisasların sayının artırılması və təhsilin əsasən ingilis dilində tədrisi planlaşdırılır. Tələbələrdən 20-si dövlət sifarişi əsasında ödənişsiz təhsil alacaq. Təhsil prosesi əsasən elektron variantda həyata keçiriləcək.


Teqlər:





Xəbər lenti