Girovlarla görüş olacaq

Girovlarla görüş olacaq
  24 Noyabr 2014    Oxunub:1546
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara yenidən baş çəkəcək.
Bu barədə AzVision.az-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

“Dağlıq Qarabağda saxlanılan iki azərbaycanlıya axırıncı dəfə noyabrın 5-də baş çəkilib. Girovlarla görüşlər olacaq. BQXK-nin saxlanılan şəxslərə baş çəkməsi təşkilatın mandatına uyğun olaraq həyata keçirilir. Təkcə ailələrin müraciəti əsasında görüşlər keçirilmir. BQXK girovların ailələri ilə də əlaqə saxlayır”.

Xatırladaq ki, bu ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüb, digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti