Girov götürülən prokurorla bağlı qadağa

Girov götürülən prokurorla bağlı qadağa
  01 Aprel 2015    Oxunub:1738
Türkiyənin Baş naziri Əhməd Davudoğlu KİV-lərə prokuror Səlim Kirazın İstanbulda girov götürülməsi barədə məlumat dərc etməyi qadağan edib.
Qadağa Ali Radio və Televiziya Şurası haqqında qanunun müvafiq maddəsinə uyğun tətbiq edilib. Həmin maddəyə əsasən, fövqəladə vəziyyətlərdə məlumat yayımı məhdudlaşdırıla bilər.

Qeyd edək ki, bu gün naməlum silahlı şəxslər İstanbul prokurorluğunun binasında prokuroru girov götürüblər. Hazırda jandarmeriya qüvvələri prokurorluq binasının ətrafındadırlar.

Telekanalın məlumatına əsasən, girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.

İlkin məlumata görə, prokuroru girov götürən şəxslər qeyri-qanuni solçu qruplaşmanın üzvləridir.


Teqlər:  





Xəbər lenti