General qardaşı oğlunun iş yerini dəyişdi

General qardaşı oğlunun iş yerini dəyişdi
  31 Mart 2015    Oxunub:3649
Daxili işlər naziri Ramil Usubov bu gün yeni təyinatlarla bağlı iki əmr imzalayıb.
AzVision.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, əmrlər Nərimanov Rayon Polis İdarəsinə şamil olunub.

Nərimanov RPİ 18-ci Polis Bölməsinin rəisi, polkovnik Fuad Əliyev rayonun 16-cı Polis Bölməsinə rəis təyin olunub.

Nərimanov RPİ 16-cı Polis Bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov isə Fuad Əliyevin yerinə təyinat alıb.

Qeyd edək ki, Hikmət Usubov nazir Ramil Usubovun qardaşı oğludur.

AzVision.az


Teqlər:  





Xəbər lenti