Gənclər üçün “Təlim və resurs mərkəzi” yaradıldı

Gənclər üçün “Təlim və resurs mərkəzi” yaradıldı
  24 İyul 2014    Oxunub:901
YAP Gəncə şəhər Təşkilatının nəzdində gənclərin müxtəlif sahələrə aid biliklərinin yüksəldilməsinə xidmət edəcək “Təlim və resurs mərkəzi” yaradılıb.
AzVision.az xəbər verir ki, açılış nitqini söyləyən YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev iştirakçıları salamlayaraq bildirib ki, “Təlim və resurs mərkəzi”nin yaradılmasında əsas məqsəd gənclərin hərtərəfli bilik əldə etməsinə şərait yaratmaqdır. Bildirib ki, burada istedadlı və təcrübəli təlimçilər tərəfindən gənclərin istəyinə uyğun müxtəlif təlimlər keçiriləcək xarici dil və kompüter kursları təşkil ediləcək.

Çıxış edən YAP Gəncə şəhər Təşkilatının sədr müavini Pərvin Kərimzadə, təlimçi Günay Zeynalova bildiriblər ki, “Təlim və resurs mərkəzi”nin yaradılması olduqca əlamətdar hadisədir, çünki biz bu gün sağlam, geniş biliyə malik gənclər yetişdiririksə, deməli, biz sağlam gələcək yetişdiririk.

Yığıncaq zamanı gənclərin fikir və təklifləri dinlənilib.

Qeyd edək ki, bu gündən fəaliyyətə başlayan “Təlim və resurs mərkəzi”ndə gənclərin istəyinə uyğun müxtəlif mövzularda təlimlər keçiriləcək. Gənclər online qeydiyyatdan keçərək təlimlərdə iştirak etmək hüququ əldə edəcəklər.


Teqlər:





Xəbər lenti