Gənclər üçün jurnalistika təlimi keçiriləcək

Gənclər üçün jurnalistika təlimi keçiriləcək
  30 May 2016    Oxunub:11877
“Peşəkar jurnalist” Virtual Təlim Mərkəzi peşəkar jurnalistlər, jurnalist təşkilatlarının təmsilçilərinin, müvafiq dövlət qurumlarının rəsmilərinin, KİV rəhbərlərinin və millət vəkillərinin iştirakı ilə beş günlük seminar keçirir.

Seminarda gənc jurnalistlərə jurnalistikanın nəzəriyyəsi, televiziya və radio jurnalistikası, yeni media, foto-reportyorluq mövzusunda təlimlər keçiriləcək.

Gənc jurnalistlərlə mətbuat xidmətləri ilə iş, piar işinin qurulması və digər zəruri mövzular ətrafında müvafiq görüşlər keçiriləcək.

Layihənin sonunda iştirakçılar Azərbaycan Respublikası Gənclər Fondu və “Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi" İctimai Birliyinin birlikdə imzaladığı sertifikatlarla təltif ediləcək.

[email protected] email ünvanına yazaraq, yaxud (+994) 702241182, (+99412) 511 49 94 telefonlarına zəng edərək qeydiyyatdan keçməyiniz xahiş olunur.
Qeydiyyat üçün son tarix: 05.06.2016


Teqlər:





Xəbər lenti