Gənclər Qubada yürüş etdi

Gənclər Qubada yürüş etdi
  01 Aprel 2015    Oxunub:1662
Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisi və Quba rayon Gənclər və İdman İdarəsinin birgə əməkdaşlığı çərçivəsində gənclərin Quba Soyqırım Memorial Kompleksinə yürüşü təşkil olunub.

Yürüşdən öncə gənclərlə keçirilmiş görüşdə ermənilərin ölkəmizdəki soyqırım siyasəti haqqında geniş söhbət aparılıb, 1918-20-ci illərdə ermənilərin törətdikləri soyqırımlar zamanı ümumilikdə 700 minə yaxın azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirən daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər.

Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir.

1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. Azərbaycanda arxeoloji qazıntılar davam etdirilsə, Qubadakı məzarlıqlar kimi xeyli məzarlıq üzə çıxacaq. Çünki bu qətliamlar bütün Azərbaycan üzrə kütləvi xarakter alıb.

Daha sonra yüzlərlə gəncin iştirakı ilə yürüş keçirilib, soyqırım qurbanları anılıb.


Teqlər:





Xəbər lenti